Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən yeni tədris ilinə hazırlıqla bağlı muxtar respublikada fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin dərs hissə müdirləri, 2, 5 və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə dərslərinin tədrisinə və dərs hissə müdirlərinin bu sahədəki vəzifələrinə dair təlim metodiki seminarlar keçirilib.
Seminarlarda ümumi təhsil müəssisələrində mülki müdаfiə tədbirlərinin kеçirilməsi, mülki müdafiə dərslərinin keyfiyyətinin artırılması, yeni metod və üsullarla şagirdlərə öyrədilməsinin zəruriliyi, mülki müdafiəyə dair sənədlər toplusunun hazırlanmasında dərs hissə müdirlərinin rolu barədə ətraflı məlumatlar verilib. Məktəblərdə mülki müdafiəyə həsr olunan konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsinin vacibliyi diqqətə çatdırılıb.
İştirakçılara fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.