23 iyulda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Culfa rayon sakinlərini qəbul edəcək

...

23 iyul 2026-cı il tarixində saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Culfa rayon sakinlərinin qəbulu aparılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı 22 iyul 2026-cı il tarixində saat 11:00-dan etibarən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.