20 noyabrda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Kəngərli rayon sakinlərini qəbul edəcək

...

20 noyabr 2026-cı il tarixində saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kəngərli rayon sakinlərinin qəbulu aparılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı 19 noyabr 2026-cı il tarixində saat 11:00-dan etibarən Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.