10 oktyabr yanğınsöndürənlərin peşə bayramı günü ilə əlaqədar Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürənlərinin iştirakı ilə yarışlar keçirilib.
Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsində keçirilən yarışların məqsədi Dövlət Yanğından Mühafizə hissələrinin şəxsi heyətinin peşə və fiziki hazırlığının yüksəldilməsi, eləcə də "Yanğın-xilasetmə idmanı"nın əməkdaşlar arasında təbliğini həyata keçirməkdən ibarət olub.
Yarışlardan öncə çıxış edənlər şəxsi heyəti peşə bayramları münasibətilə təbrik edib, tədbirin məqsədi və təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.
Sonara yarışlara strat verilib. Seçmə yarışdan qalib çıxan 8 komanda final yarışında 100 metrlik maneəli zolağın dəf edilməsi, hücum nərdivanı ilə təlim qülləsinə qalxmaq və döyüş açılışı üzrə güclərini nümayiş etdiriblər.
Uğurla başa çatan yarışın qalibi Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin komandası olub. İkici yerə Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası, üçüncü yerə isə Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası layiq görülüb.