Naxçıvan Fövqəladə Hallar Nazirliyi Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа tаktiki-xüsusi təlim keçirib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа tаktiki-xüsusi təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Obyektdə baş vermiş yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda keçirilən təlimin əsas məqsədi hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşılıqlı fəaliyyətin təşkilinə, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılmasıdır.

Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Hаvа limаnının idаrəеtmə оrqаnlаrının və mülki müdаfiə qərаrgаhı hаzır vəziyyətə gətirildikdən sonra yаnğın təhlükəsizliyi və qəzа-xilаsеtmə kоmаndаsının fəаliyyətinin təşkili yоxlаnılıb. Sonra hava limanının yanğın təhlükəsizliyi komandasına yanacaq-sürtkü materialları anbarında şərti yanğının olması barədə məlumat verilib. Şəxsi heyət həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və şəxsi heyəti tərəfindən şərti yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün soyutma işi aparılıb. Yanğın ocağında xəsarət alanlara hava limanının səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Uğurla baş tutan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə ümumilikdə 143 nəfərlik şəxsi heyət, 6 yanğınsöndürmə avtomobili cəlb olunub.