Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının 2024-cü tədris ilinə hazırlıq planına uyğun olaraq, döyüş hazırlığı proqramına əsasən bölük uzlaşma mərhələsinin başa çatması ilə əlaqədar bölüklərlə taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd hərbi hissədə keçirilən məşğələlərin keyfiyyətinin, bölüklərin şəxsi heyətinin, texnika və avadanlıqlarının döyüş hazırlığı vəziyyətinin yoxlanılmasından ibarət olub.
Təlim hərbi hissənin təlim poliqonunda ümumilikdə 10 nöqtədə keçirilib. Bölüklər tərəfindən tapşırığın müstəqil formada icra olunmasını təmin etmək məqsədilə digər bölmələrdən gücləndirmə vasitəsi kimi istifadə olunub və qarşılıqlı fəaliyyət təşkil edilib.
Təlimin gedişində bölük taktiki səviyyəsində şəxsi heyətin gündüz və qaranlıq hava şəraitində təyinatına uyğun olaraq fəaliyyəti yoxlanılıb, qarşıya qoyulan məqsədlərə nail olunub.