Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı, qaza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkil edilməsi ve keçirilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirib.
Təlimin keçirilməsində məqsəd şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Təlim zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkil olunub, mühəndis kəşfiyyatı aparılıb, xilasedicilər tərəfindən obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb, kimyəvi zəhərlənmə ocaqlarında fəaliyyət aparılıb, zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyyəsi həyata keçirilib.
Uğurla icra edilən təlimdən sonra əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.