Nazirliyin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb, şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığını, birliyini və sarsılmaz iradəsini təcəssüm etdirən əlamətdar tarixdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində qazanılan tarixi Qələbə dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Bu Zəfərin qazanılmasında payı olan bütün şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcəkdir.