Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev Şahbuz rayonunda vətəndaşları qəbul edib

...

Fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev 20 avqust 2025-ci il tarixində Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şahbuz rayon sakinlərinin qəbulunu keçirib.

 

 Əvvəlcə, nazir general-mayor Şahin Mirzəyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şahbuz rayonunda yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

 

 Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən şəhid ailələrinin, rayon sakinlərinin müraciətləri dinlənilib. Əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

 Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.