Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Ordubad rayonunda vətəndaşları qəbul edib

...

Fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev 25 noyabr 2025-ci il tarixində Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ordubad rayon sakinlərinin qəbulunu keçirib.

 

Əvvəlcə, nazir general-mayor Şahin Mirzəyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ordubad rayonunda yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

 

 Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən rayon sakinlərinin müraciətləri dinlənilib. Əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

 Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.