Kəngərli rayon sakinlərinin qəbulu keçirilib (foto)

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev 20 noyabr 2026-cı il tarixində Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kəngərli rayon sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir general-mayor Şahin Mirzəyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Kəngərli rayonunda yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən rayon sakinlərinin müraciətləri dinlənilib. Əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.