Fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev 23 iyul 2026-cı il tarixində Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Culfa rayon sakinlərinin qəbulunu keçirib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən qazilərin, rayon sakinlərinin müraciətləri dinlənilib.
Əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.