27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

...

27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müxtəlif səpgili silsilə tədbirlər keçirilib.

Belə ki, Nazirliyinin kollektivi tərəfindən Naxçıvan Şəhər Qəbiristanlığında doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların məzarları ziyarət edilib, gül dəstələri qoyulub, əziz xatirələri dərin ehtiramla yad olunub. Şəhidlərimizin ruhuna dualar oxunub.

Həmçinin Nazirlikdə və struktur qurumlarda tədbirlər, ağacəkmə aksiyaları keçirilib.