Ötən həftə ərzində 14 yanğın hadisəsinə çıxış həyata keçirilib.

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 14 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Naxçıvan şəhərində minik avtomobilində, Şərur rayonunun Siyaqut və Mahmudkənd, Kəngərli rayonunun Qarabağlar, Culfa rayonunun Göydərə və Ərəzin, Şahbuz rayonunun Kolanı kəndlərində, Babək rayonunun Nehrəm qəsəbəsi və Kalbaoruc Dizə kəndində həyətyanı və quru otluq sahələrdə, Şərur rayonunun Aşağı Yaycı, Culfa rayonunun Bənəniyar kəndlərində isə tövlədə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.