Xilasetmə və təxliyə işlərinin həyata keçirilməsi qaydaları izah olunub

...

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Dövlət Statistika Komitəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fövqəladə hadisələr zamanı davranış, fəaliyyət qaydaları, habelə sülh və müharibə dövrlərində xilasetmə və təxliyə işlərinin həyata keçirilməsi qaydaları ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrdən mühafizənin üsul və vasitələri, ilkin tibbi yardımın göstərilmə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi üzrə fəaliyyət qaydaları haqqında ətraflı məlumat verməkdən ibarət olub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı qeyd olunan bütün məsələlər nəzəri və praktiki cəhətdən izah olunub, suallar ətraflı şəkildə cavablandırılıb.