Xilasetmə və təxliyə işlərinin həyata keçirilməsi qaydaları izah edilib

...

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, AMEA Naxçıvan Bölməsində,  Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində və Şahbuz rayonunda fövqəladə hadisələr zamanı davranış, fəaliyyət qaydaları, habelə sülh və müharibə dövrlərində xilasetmə və təxliyə işlərinin həyata keçirilməsi qaydaları ilə bağlı tədbirlər keçirilib.

 Tədbirlərin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrdən mühafizənin üsul və vasitələri, ilkin tibbi yardımın göstərilmə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi üzrə fəaliyyət qaydaları haqqında ətraflı məlumat verməkdən ibarət olub.

 İnteraktiv formada keçirilən tədbirlər zamanı qeyd olunan bütün məsələlər nəzəri və praktiki cəhətdən izah olunub, suallar ətraflı şəkildə cavablandırılıb.