Tədris-metodiki toplanış keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən Nахçıvаn şəhər İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və mənzil istismar idarələrinin rəisləriin iştirakı ilə tədris-metodiki toplanış keçirilib.

Tədbirdə əhalinin baş verə biləcək fövqəladə hallarla bağlı operativ xəbərdar edilməsinin, məlumatlandırılmasının və mühafizə tədbirlərinin təşkilinə qoyulan tələblərin, sığınacaqların (zirzəmilərin) əhalinin dərhal mühafizəsinə hazır vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədris-metodiki toplanışda iştirakçıların sualları cavablandırılıb.