Şəhidlərin əziz xatirəsini ehtiramla anılıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Həmçinin Nazirlikdə və onun strukturlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Anım mərasimlərində, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər 1990-cı ilin 20 yanvar hadisəsini Azərbaycan xalqının böyük faciəsi adlandırmaqla yanaşı, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu da diqqətə çatdırıblar.