Sədərək rayonununda yanğın təhlükəsizilik qaydaları izah edilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə seminar-müşavirə keçirilib.

Tədbirin keçirilməsində məqsəd rayon ərazisində qış mövsümü dövründə baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə tədbirlər görmək ibarət olub.

Seminar-müşavirədə çıxış edənlər qış mövsümü dövründə inzibati və ictimai yaşayış binalarının qazanxanalarında, yaşayış sahələrində qaz təchizatından istifadə zamanı partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının, eləcə də ehtimal edilən digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə görüləcək tədbirlərdən bəhs ediblər.