Naxçıvan şəhərində, Şahbuz, Kəngərli və Culfa rayonlarında tədris-metodiki toplanış keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən yeni tədris ilinə hazırlıqla bağlı Naxçıvan şəhərinin, Şahbuz, Kəngərli və Culfa rayonlarının ümumi təhsil müəssisələrinin tədris hissə müdirləri, 2, 5 və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə dərslərinin tədrisinə və tədris hissə müdirlərinin bu sahədəki vəzifələrinə dair tədris-metodiki toplanışlar keçirilib.

 

Toplanışlarda ümumi təhsil müəssisələrində mülki müdаfiə tədbirlərinin kеçirilməsi, mülki müdafiə dərslərinin keyfiyyətinin artırılması, yeni metod və üsullarla şagirdlərə öyrədilməsinin zəruriliyi, mülki müdafiəyə dair sənədlər toplusunun hazırlanması və icra olunmasında tədris hissə müdirlərinin rolu  barədə ətraflı məlumatlar verilib.

 

Məktəblərdə mülki müdafiəyə dair seminar, təlim, məşq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin əyani şəkildə öyrədilməsinin vacibliyi diqqətə çatdırılıb, müəllimlərə bu sahədə metodiki köməklik göstərilib.

 

İştirakçılara fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin ən ekstremal vəziyyətlərdə fəaliyyəti, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, hadisələr zamanı əhalinin xəbərdarlığı, mühafizəsi, bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi qaydaları barədə məruzələr edilib.

 

İnteraktiv formada keçirilən tədbirlərdə iştirakçıların suallar ətraflı cavablandırılıb.

 

Qeyd edək ki,  metodiki vəsaitlərlə bağlı materialları Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına (nfhn.gov.az) daxil olaraq “Metodiki vəsaitlər” bölməsindən əldə etmək mümkündür.