Naxçıvan Muxtar Resublikasının Fövqəladə Hallar Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

...

Tədbirdə, əvvəlcə Ulu Öndərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Resublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev 15 iyun 1993-cü il ərəfəsində cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi. Məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.

Vurğulanıb ki, Ümummilli Liderin xilaskarlıq missiyası ilə məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan dünya səviyyəli dövlət xadimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə güclənir, xalqımızın rifah səviyyəsi daha da artır.

Tədbirdə Mülki müdafiə alayının komandiri mayor Şərif Əsədovun və Katiblik və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Zülfüqar Zülfüqarovun çıxışları dinlənilib.

Təbdirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.