Mülki müdafiə qərargah rəislərinin və digər məsul şəxslərin iştirakı ilə iclas keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mülki müdafiə qərargah rəislərinin və digər məsul şəxslərin iştirakı ilə iclas keçirilib. 

İclasın keçirilməsində məqsəd əhalinin mühafizəsi ilə bağlı qanunvericiliklə qarşıda duran tapşırıqların aidiyyəti vəzifəli şəxslərə çatdırılması olub.

 İclas zamanı əhalinin fövqəladə hallarla bağlı xəbərdalıq sistemi, təxliyə, fərdi və kollektiv mühafizə vasitələrindən istifadənin planlaşdırılması üzrə qaydalarla, eləcə də görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Ərazi, fərqli və kompleks yanaşma, kütləvilik və məcburilik, daimi hazırlıq, dərhal xəbərdarlıq və qarşılıqlı əlaqə prinsiplərinə uyğun olaraq əhalinin mühafizəsinin, fövqəladə vəziyyətin idarə olunmasının təşkili sahəsində məsul şəxslərə əməli köməkliklər göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.