Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən mərkəzi və yerli icrа hаkimiyyəti оrqаnlаrı, sahibkarlıq subyektlərinin mülki müdafiə qərargah rəisləri ilə 2024-cü ilin yеkunu və 2025-ci ildə görüləcək işlərlə bağlı iclas keçirilib.
Məqsəd yeni tədris ilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda qərargah rəisləri tərəfindən mülki müdafiə sahəsində sənədləşmə işlərinin təlimatlara uyğun aparılması, rəhbər, kоmаndir-rəis hеyətinin, hаbеlə hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin mülki müdafiə və fövqəladə hallara hazırlığı, keçiriləcək tədbirlər ilə bağlı qarşıya qоyulan vəzifələrin yerinə yetirilməsi olub.
Toplantıda 2024-cü ildə muxtar respublikada mülki müdafiə sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib, obyektlərdə keçirilən yoxlamalarda, tədbirlərdə aşkar olunan çatışmazlıqlar müzakirə olunub.
Obyektlərdə manqa komandirləri tərəfindən mülki müdafiə üzrə tədris qruplarına hazırlıq proqramlarına uyğun dərslərin keçirilməsi, dərs cədvəlləri, jurnallar və plan-konspektlərin hazırlanması, baş verə biləcək hər hansı fövqəladə hallara hazırlıqla bağlı müəssisədə görüləcək işlər haqqında ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar əməkdaşlar tərəfindən cavablandırılıb.