Belə ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması və Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşlarının iştirakı ilə Sədərək rayon Mədəniyyət Sarayında, Sədərək rayon 1 nömrəli tam orta məktəbdə, Babək rayon Uşaq Musiqi Məktəbində, Babək şəhər 2 nömrəli tam orta məktəbdə, Şərur rayonunda yanacaqdoldurma məntəqəsində, Şahbuz rayon Kolanı kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində, Şahbuz rayon Kolanı kənd Uşaq Musiqi Məktəbində və Naxçıvan Palas Hotelində maarifləndirici tədbirlər və seminarlar keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsi barədə ətraflı məlumat verilib, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinin təyinatı izah olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.