Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə tədbirlər davam etdirilir

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Belə ki, Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması və Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili və Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, meşə və taxıl sahələrinində, yanacaq doldurma məntəqələrində yanğın təhlükəsi qaydaları barədə ətraflı məlumat verilib Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinin təyinatı izah olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.