Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində, “Naxçıvan Dəmir Yolları” MMC-də, Naxçıvan Neft Baza Sahəsində fövqəladə hadisələr zamanı davranış və fəaliyyət qaydaları, xilasetmə və təxliyə işlərinin həyata keçirilməsi qaydaları ilə bağlı tədbirlər, məşqlər keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrdən mühafizənin üsul və vasitələri, ilkin tibbi yardımın göstərilmə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi üzrə fəaliyyət qaydaları haqqında ətraflı məlumat verməkdən ibarət olub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı qurumların fövqəladə hallar zamanı üzərinə düşən vəzifələri müzakirə edilib, metodiki köməklik göstərilib.
Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin heyətlərinə fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrdən mühafizənin üsul və vasitələri öyrədilib, işçilərin təxliyə edilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi üzrə fəaliyyət qaydalarında bəhs edilib.
Tədbirlərdə suallar ətraflı şəkildə cavablandırılıb.