Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaları və avtomobil nəqliyyatı vasitələri yaz-yay mövsümi istismarı şəraitinə keçirilir

...

Bu məqsədlə yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar Nazirliyin Mülki Müdafiə Alayında və Dövlət Yanğından Mühafizə İdarəsinin şəhər və rayon hissələrində  nümunəvi məşğələ təşkil olunub.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, texnikaların, avadanlıqların və cihazların sıradan çıxmasının, baş verə biləcək nasazlıqların, qəzaların və zədələnmələrin qarşısının alınması üzrə müvafiq tədbirlərin yerinə yetirilməsinin öyrədilməsi məqsədilə keçirilən məşğələdə əvvəlcə mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar əmr və plan şəxsi heyətə çatdırılıb.

Daha sonra xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinin, digər mühəndis texnikalarının yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin təşkili, mühəndis avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, akkumulyator batareyalarına, səhra mətbəxlərinə, xilasetmə avadanlıqlarına, eləcə də radiasiya-kimya kəşfiyyatı cihazlarına və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktiki olaraq nümayiş etdirilib.

Texnikaların yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı istifadə olunan texniki mayelərin, turşuların və qələvilərin təhlükəsiz istifadə qaydaları və zəhərlənmələrə qarşı ilk tibbi yardımın göstərilməsi də şəxsi heyətin diqqətinə çatdırılıb.