Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatı

...

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 2000-dən artıq zəng daxil olub.

Zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 21 yanğına çıxış, 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Çimərlik üçün nəzərdə tutulan ərazidə insanların təhlükəsizliyi təmin olunub.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.