Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Heydər Əliyev Su Anbarı tullantılardan təmizlənib

...

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyəti və Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su anbarı təmizlənib.

Həmçinin əməkdaşların təhlükəsizliyinin təmin oluması və tullantıların daha tez təmizlənməsi məqsədilə ərazidə qayıqlar vasitəsilə zəruri işlər həyata keçirilib.