Minik avtomobilində baş verən yanğın söndürülüb (foto, video)

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Tumbul kəndində "Mersedes" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

https://www.youtube.com/watch?v=_yNz_WBOias