Babək və Şahbuz rayonunda baş verən yanğınlar söndürülüb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Şıxmahmud kəndində ot bağlamalarında, Şahbuz şəhərində quru otluq sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Babək və Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.