Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsi yanğın-taktiki təlim keçirib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Ticarət mərkəzində yаnğınlаrın söndürülməsi, zərərçəkən insаnlаrın аxtаrışı və xilаs edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzində və anbarlarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlim zamanı baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri zərərcəkənlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Təhlükəsizlik qaydalarına əməl olunmaqla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.