1 Mаrt  - Ümumdünyа Mülki müdаfiə günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

...

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Mülki müdаfiə аlаyında ali və orta ixtisas təhsil ocaqlarının tələbələri arasında yarış, tam orta məktəblərdə, uşaq bağçalarında isə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzsunda tədbilər keçirilib.

 

Tədbirlərdə Ümumdünya Mülki Müdafiə Gününün mahiyyəti və müasir dövrümüzdə mülki müdafiənin rolundan, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları, özünə və başqalarına necə yardım göstərilməsi haqqında məlumat verilib.

 

Mülki müdаfiə аlаyında keçirilən yarışlardan öncə iştirakçılar аlаyda əsgər yataqxanası, yeməkxanası, xüsusi təyinatlı texnikalarla tanış olub, onların iş prinsipləri barədə məlumatlandırılıb.

 

Sonra yarışlara start verilib. Yarışlarda hər birindən 10 iştirakçı olmaqla 6 komanda qalibiyyət uğrunda mübarizə aparıb və 3 mərhələdə həyata keçirilib. Tələbələr təbii fəlakətlər, yanğın, partlayış, mülki müdafiə zaman ilkin tibbi yardımın necə göstərilməsi, davranış qadalarını əyani şəkildə nümayiş etdiriblər. Sonda qalib komandaya kubok, medal və fəxri fərman təqdim olunub.

 

Tam orta məktəblərdə, uşaq bağçalarında keçirilən tədbirlərdə isə  uşaqlar təbii fəlakətlər, texnogen, nəqliyyat qəzaları, yanğın, partlayış, mülki müdafiə zaman ilkin tibbi yardımın necə göstərilməsi, davranış qadalarını əyani şəkildə nümayiş etdiriblər. Ümumdünyа Mülki Müdаfiə Gününə həsr olunan mahnılar, şeirlər səsləndirib, səhnəciklər göstəriblər.